İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs ediliblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs ediliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş
məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində
şübhəli bilinən rayon sakinləri İsgəndər Zülfiqarov və Hüseyn Məlikzadə
saxlanılıblar.
Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi
aşkarlanıb.
İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri
müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar aparılır.