0cf473f9-5dea-4f16-b591-579ca47f202d..jpg

İranlı nazir: “İran Çinlə 20 iqtisadi memorandum imzalayacaq” – FOTO

Baxış sayı: 774 dəfə baxılıb.

İranlı nazir: “İran Çinlə 20 iqtisadi memorandum imzalayacaq” – FOTO

İran Prezidenti İbrahim Rəisinin Çinə səfəri zamanı Tehran və Pekin arasında
25 illik əməkdaşlıq sənədinin həyata keçirilməsi üçün 20-yə yaxın memorandum
imzalanacaq.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın
İqtisadiyyat naziri Ehsan Xanduzi bildirib.

Kanaldan bildirilir ki, bir çox iranlı ekspert və iqtisadçı Tehranın Pekinlə
25 illik anlaşma imzalamasını tənqid edib. Onlar bu razılaşma nəticəsində
İranın Çinin müstəmləkəsinə çevriləcəyi qənaətindədir.

O da vurğulanır ki, 1979-cu ildə baş tutmuş İran inqilabının rəhbərləri ölkəni
guya amerikalılara həvalə etməsi ilə bağlı Pəhləvi rejimini tənqid edirdilər.
İnqilabçıların əsas şüarı: “Nə Şərq, nə Qərb – İslam respublikası” olub.

“Bəs görəsən özünü müstəqil islam respublikası adlandıran İranda nə baş verir?
İranlı ekspertlərin əsas narahatçılığı da bundan ibarətdir ki, İranın Çin ilə
yaxınlaşması ABŞ-a inad olaraq baş tutur ki, bu da ölkəni Çinin müstəmləkəsi
olmasına gətirib çıxaracaq”, – deyə “Azad İran” vurğulayıb.

Source link