56c7c690-03ab-4fdb-b06a-e01b09e3511a..jpg

İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi – FOTO

Baxış sayı: 741 dəfə baxılıb.

İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi – FOTO

İranlı xizəkçi və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının yeganə iranlı
qadın iştirakçısı Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bir neçə beynəlxalq yarışda qızıl medallar qazanan Əhmədi yanvarın 28-də
verdiyi açıqlamada Almaniyadan sığınacaq istədiyini bildirib. O, mühacirət
səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab
qaydaları ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə də xüsusilə son illər ərzində müxtəlif idman
növlərində medallar qazanan İran milli komandalarının üzvləri xarici ölkələrə
sığınıblar.

Source link