edcf73a7-551f-4f7b-8689-2e134aa8be07..jpg

İranlıdan nisyə götürdüyü narkotiki satmaq istəyən şəxs ƏLƏ KEÇDİ

Baxış sayı: 905 dəfə baxılıb.

İranlıdan nisyə götürdüyü narkotiki satmaq istəyən şəxs ƏLƏ KEÇDİ

Goranboyda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən
məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən
çıxarılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış
məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini
Elçin Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış
keçirilən zamanı narkotik maddə olan heroin və metamfetamin aşkar edilərək
götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Əliyevin
yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan ümumi çəkisi 2 kq 45 qram
heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində
onun narkotik maddəni İran vətəndaşından aldığı müəyyən olunub.

Dindirilmə zamanı E.Əliyev ifadəsində narkotiki İran vətəndaşından aldığını və
pulunu narkotik vasitəni satdıqdan sonra ödəməli olduğunu bildirib. Götürülən
maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı cinayət işi
başlanılıb, araşdırmalar davam etdirilir.

Bununla da Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq
dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15
əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 4 kq-a yaxın narkotik vasitə
dövriyyədən çıxarılıb ki, bunun da 2 kq-nı güclü təsiredici narkotik maddə
təşkil edir.

Source link