fecde78b-8e87-4054-883d-8b342fb8e6e5..jpg

İraq Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Baxış sayı: 493 dəfə baxılıb.

İraq Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını
ziyarət edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Fəxri
xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

AZƏRTAC

xəbər verir ki, həmçinin ulu öndərin ömür-gün yoldaşı, görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı
üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə
ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İraq
Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə Şəhidlər xiyabanının tarixi
və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Source link