İraq qədim Babil şəhərinin bərpasına 49 milyon pul ayırıb

Baxış sayı: 2. 088 dəfə baxılıb.

İraq qədim Babil şəhərinin bərpasına 49 milyon pul ayırıb


İraqın Mədəniyyət, tuizm və abidələr naziri Əbd-əl-Əmir əl-Hamdani bildirib ki, UNESCO-nun Babil şəhərinin Dünya İrsi siyahısına salınmasını bir qədər gecikmiş addım hesab edir.

Xatırladaq ki, iyulun əvvəlində UNESCO-nun 43-cü sessiyasnda  Babil şəhəri Dünya İrsi siyahısına daxil edib.

Nazir deyib: “Babil dünyanın ən qədim şəhərlərindən biridir. O bütün dünya üçün içıq mənbəyi olaraq qalır, tarixin yaradılışı oradan başlayır, bu şəhər UNESCO-un Dünya irsi siyahısına daxil olmağa layiq idi”.

O, UNESCO-nun qərarından sonra məbədlərin müdafiəsi və qədim şəhərin bərpası məqsədilə nazirliyin ixtisaslaşmış arxeoloji qruplar yaratdığıını qeyd edib. Bu məqsədlə yerli hökumət 49 milyon dollar ayırıb və yaxın 4 ildə də təxminən eyni məbləği ayırmaq niyyətindədir.

Babil xarabalıqları hazırkı El-Xill şəhərinin kənarında, Bağdadın cənubundakı 90 kilometrliyində yerləşir.