İraq bu gün səhər saatlarında Suriyada əməliyyat həyata keçirib.
“Haber7” xəbər verir ki, bununla bağlı İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Əbu Əli əs-Sabri məlumat verib.
O bildirib ki, əməliyyat zamanı İŞİD terror təşkilatının üzvləri hədəf seçilib.
Hücum zamanı İŞİD lideri Əbubəkir əl-Bağdadi və digər terrorçular qaçmağa nail olublar.
Əməliyyatın hansı bölgədə keçirildiyi açıqlanmayıb.
Samir İsayev