İraqın Tehrandakı səfiri Raca əl-Musəvi müzakirələr üçün Bağdada çağırılıb. Bununla bağlı qərarı İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri verib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı NEWSru.co.il məlumat yayıb.
Məlumata əsasən, geri çağırılma heç də İranla diplomatik münaqişə deyil, internetdə yayımlanan videoyazı olub.
Al-Musəvi Tehranda keçirilmiş konfransın natiqlərindən biri olub. Onun çıxışı zaldakı İraq vətəndaşları tərəfindən yarımçıq dayandırılıb. Onlar səfiri ölkədəki çətin vəziyyətdə ittiham edib. Diplomat onları təhqir etməyə başlayıb.
“XİN vətəndaşlara qarşı hörmətsizlikdən və səfirin məsuliyyətsiz davranışları ilə əlaqədar təəssüfləndiyini bildirir. Araşdırma başlanılıb və lazımi tədbirlər görüləcək”, – nazirliyin bəyanatında bildirilib.
ÇıxışYolu.Com yeniləndi!