İraq vətəndaşını qarət edənlərə ağır cəza

İraq vətəndaşını qarət edənlərə ağır cəza

Baxış sayı: 2. 098 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Zəngilan rayon sakini Çinarə Bəhlulzadənin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələrilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, quldurluq hadisəsi ötən il yanvarın 13-də Bakıda baş verib. 

Belə ki, Tibb Universitetində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonu ərazisindəki barda görüşüb.

Daha sonra qurulmuş plana görə, onların arasında narazılıq yaranıb, C.Biyar bardan küçəyə çıxıb, orada isə Anar Kərimov və digərləri zərərçəkmişi döyərək, ondan 400 manat pul alıblar.

Zərərçəkmiş polis müraciət etdikdən sonra qısa zamanda Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxsləri saxlayaraq, istintaqa təqdim ediblər. 

İstintaqın gedişatında məlum olub ki, dəstə üzvləri, bundan əlavə, İraq vətəndaşının qaldığı mənzildən 30.000 manat oğurlayıblar. 

Məhkəmənin hökmü ilə Anar Kərimov, Fəqan Abdullayev 11 il, Nurlan Məmmədov, Kamran Vahabov doqquz il, Elvira Ələsgərova və Çinarə Bəhlulzadə dörd il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

www.ÇıxışYolu.Com