İraqda bələdiyyə binasına od vuruldu

Baxış sayı: 2. 163 dəfə baxılıb.

İraqın Bəsrə şəhərində etirazçılar bələdiyyə binasına od vurublar. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi yerli mənbəyə istinadla məlumat yayıb. 

Dünən nümayişçilər Bəsrə meriyasını yandırmışdılar. 

Təhlükəsizlik qüvvələri ilə dünənki toqquşmalar zamanı Bəsrədə yeddi etirazçı ölmüş, 30 nəfər yaralanmışdı. 

İraqda bələdiyyə binasına od vuruldu

Bir müddət öncə İraqın cənubunda sosial vəziyyətin yaxşılaşdırılması, işsizliyin və korrupsiyanın aradan qaldırılması üçün etiraz aksiyaları başlayıb. 

Bəsrədə başlanan aksiyalar Zikar, Babil, Maysan, Əd-Divaniya, Nəcəf kimi şəhərlərə də yayılıb. 

www.ÇıxışYolu.Com