İraqın şimal hissəsində (“İraq Kürdüstanı” – red.) yerləşən Kandil bölgəsində 41 PKK-lı terrorçu məhv edilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSQ) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, TSQ-nin hərbi hava əməliyyatları nəticəsində martın 22-dən indiyədək daha 41 terrorçu zərərsizləşdirilib.
Onu da xatırladaq ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraqın da terrorçulardan təmizlənəcəyini bildirmişdi.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com