İraqda son 2 gündə hökumət əleyhinə aksiyaların gedişatında 63 nəfər öldürülüb, 2,5 mindən artıq insan isə xəsarət alıb.
RİA “Novosti” xəbər verir ki, bu barədə ölkənin hüquq müdafiəçiləri məlumat yayıblar.
“Bağdad, Maysan, Di-Kar, Bəsrə, Mutanna, Divaniyyə, Babil vilayətlərində keçirilən aksiyalarda 63 nəfər həlak olub, həmçinin 2595 nəfər xəsarət alıb”, – deyə İnsan hüquqları üzrə Ali komissiyanın məlumatında bildirilir.
Komissiyanın məlumatına əsasən, son 2 gündə dövlət orqanlarının və siyasi partiyaların 83 binasına zərər dəyib.
Qeyd edək ki, cümə günü aksiyalar zamanı 30 nəfərin öldürüldüyü bildirilirdi.