İraqda İŞİD komandiri yaxalanıb
İraqın təhlükəsizlik xidmətləri Kərkük vilayətində keçirilən antiterror
əməliyyatı nəticəsində İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yüksək
rütbəli komandirini saxlayıb.
Bu barədə İraqın müvafiq qurumu “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki
səhifəsində məlumat yayıb.
“Diqqətli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə
xidmətinin əməkdaşları kürd birləşməsinin əməliyyat şöbəsi ilə birlikdə Kərkük
vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”, – deyə
məlumatda bildirilir.
Vurğulanır ki, Bahari İŞİD qruplaşmasının “xarici batalyon”una rəhbərlik edib.
Məlumatda həmçinin qeyd olunub ki, əməliyyat ölkənin baş naziri, eyni zamanda
İraq Silahlı Qüvvələrinin baş komandanı olan Məhəmməd əl-Sudaninin göstərişi
ilə həyata keçirilib.