38bc5bd7-2d72-4ada-aece-cb6143803b64.jpg

İraqda İŞİD liderlərindən biri məhv edildi

Baxış sayı: 29 dəfə baxılıb.

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din
əyalətində fəaliyyət göstərən “İraq Şam İslam Dövləti” (İŞİD) terror
qruplaşmasının liderlərindən birini məhv edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

Birgə Əməliyyatlar Komandanlığının bəyanatında deyilir ki, İraq Hərbi Hava
Qüvvələrinin hücumundan sonra Salah əd-Din bölgəsində İŞİD üzvü olan dörd
terrorçunun cəsədi aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi zamanı
məlum olub ki, öldürülənlərdən biri “İŞİD tərəfdarları arasında “Salah əd-Din
əyalətinin qubernatoru” adlandırılan Əbu Ömər əl-Qureyşidir.

Source link