İraqın Bəsrə şəhərində keçirilən kütləvi etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı yeddi nəfər ölüb, 30-dan çox insan yaralanıb.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı yerli mənbələr məlumat yayıb.
Məlumata görə, hökumət sakinlərin evlərindən çıxmasına qadağa qoyub. Sosial şəbəkələrdə yayımlanan kadrlarda mitinq iştirakçılarının yerli administrasiyanın binasına od vurduğu görünür.
Bildirilib ki, etirazlara kommunal sahədəki vəziyyət səbəb olub. Bundan öncə, İraqın cənubunda sosial şəratin yaxşılaşdırılması, içməli su, elektrik enerjisi, işsizlik və korrupsiya problemləri səbəbindən etiraz aksiyası keçirilmişdi.