İraqda baş verən kütləvi iğtişaşlar nəticəsində 14 nəfər həlak olub, daha 700 nəfər isə yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, məlumatı İraq parlamentinin insan hüquqları komitəsinin üzvü Fazil Qərravi yayıb.
Onun sözlərinə görə, zərər çəkənlərin yarısından çoxu İraqın hüquq mühafizə orqanlarının əməkdaşlarıdı.
Sosial şəraitin pisləşməsi, içməli suyun və elektrik enerjisinin verilməsində yaranan fasilələr, işsizlik və korrupsiya ilə bağlı etiraz aksiyaları Bəsrədən başlayıb. Daha sonra isə Zikar, Babil, Maysan, Əd-Divaniyə və Nəcəfdə də mitinqlər təşkil olunub.
Kütləvi etiraz aksiyaları artıq Bağdadda da müşahidə olunur.