İraqda terror: ölən və yaralılar var – FOTO

İraqda terror: ölən və yaralılar var – FOTO

Baxış sayı: 2. 118 dəfə baxılıb.

İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış törədilib.

Oxu.Az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, terror hücumları nəticəsində azı yeddi nəfər həlak olub, 20 nəfər yaralanıb.

Məlumata görə, partlayış şiyələrin kompakt yaşadığı rayonda məscidin yaxınlığında baş verib.  Terrorçular partlayıcı qurğulardan istifadə edib.

Yerli mənbələr ölənlər arasında iki azyaşlıının olduğunu bildirir.

Partlayış dalğasından ətrafda olan yaşayış evlərinə ziyan dəyib.

Bundan əvvəl terrorçuların Mədinət əs-Sədr rayonunda kafe yaxınlığında duran  içi partlayıcı ilə dolu avtomobili havaya uçurduğu haqqında xəbər yayılmışdı. 

Həmin rayonda şiyə icmasının lideri Müqtəda Əs-Sədri dəstəkləyən insanlar yaşayır.  Onun bloku bu yaxınlarda parlament seçkilərində qalib gəlib.

Partlayışlara görə, hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Əsas şübhələr İŞİD-ə yönəlib.

.
www.ÇıxışYolu.Com