İraqın şimalında əməliyyat keçirən Türkiyə silahlı qüvvələri terrorçuların hücumuna məruz qalıb.
ÇıxışYolu.Com “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş ordu qərargahı məlumat yayıb.
Hücum nəticəsində iki əsgər şəhid olub, iki əsgər yaralanıb.
Şəhidlərin ailələrinə başsağlığı verən baş qərargah Türkiyənin bölgədə ən son terrorçunu məhv edənə qədər terror qarşı mübarizəni sabitqədəm və qətiyyətli şəkildə davam etdirəcəyini bildirib.