918dbdf6-7e77-4816-bbed-4108aeb033a2..jpg

İraqda ümummilli matəm elan edildi

Baxış sayı: 609 dəfə baxılıb.

İraqda ümummilli matəm elan edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu
nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.

Bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir.

“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri
ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin
xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”, –
fərmanda bildirilir.

İraq hökumətinin məlumatına görə, bombardman nəticəsində 16 nəfər ölüb, 25
nəfər yaralanıb.

Mənbə: TASS

Source link