Türkiyənin torpaqlarımızda hərbi əməliyyatlar keçirməsini qətiliklə rədd edirik.
ÇıxışYolu.Com-ın Bağdadın Əl Sumeriyə kanalına istinadən məlumatına görə, bu sözləri İraq Xarici İşlər naziri İbrahim Cəfəri Türkiyə prezidenti Ərdoğanın “Bir gecə xəbərsiz Sincara gedəcəyik və oranı da terrorçulardan təmizləyəcəyik” sözlərinə münasibət bildirərkən deyib. O, açıqlamasında bu əməliyyatın mümkün olmayacağını vurğulayıb:
“Biz Türkiyənin İraqın sərhədlərini pozmasını qınayırıq. Buna görə də torpaqlarımızda hərbi əməliyyatların keçirilməsini qətiliklə rədd edirik. Bunu Türkiyə tərəfinə rəsmi olaraq da bildirmişik”.
Qeyd edək ki, prezident Rəcəp Tayyip Ərdoğanın sözlərindən sonra Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldız Bağdada səfər edib. Səfərdə İraq Xarici İşlər naziri İbrahim Cəfəri görüşdə belə bir əməliyyatı dəstəklənmədiyini və rədd ediləcəyini bildirib.