76e9119f-832a-4cb5-808c-f243311188a2..jpg

İrem Bayraktar: “TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk” – FOTO

Baxış sayı: 520 dəfə baxılıb.

İrem Bayraktar: “TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsini
dəyərləndiririk” – FOTO

“Türkiyənin beynəlxalq aerokosmik və texnologiya festivalı – “TEKNOFEST”in
Azərbaycanda baş tutmasını dəstəkləyirik. Gələcəkdə bu tədbirin Azərbaycanda
daimi keçirilməsi və eləcə də digər türk dövlətlərində təşkil edilməsi
təşəbbüslərini dəyərləndiririk”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında “TEKNOFEST”in İdarə Heyətinin
üzvü, Türkiyə Texnologiya Komandası Fondunun koordinatoru İrem Bayraktar
bildirib.

O deyib ki, “TEKNOFEST”in texnologiya sahəsindəki müsabiqə iştirakçılarının
əksəriyyəti Türkiyədəndir, ikinci yeri isə Azərbaycan tutur:

“Azərbaycanda “TEKNOFEST” çərçivəsində 2022-ci “Take Off Baku” startap sammiti
keçirdik. Əlbəttə, istərdik ki, texnologiyalar sahəsində olan fəaliyyətlər
Azərbaycanda daimi olsun”.

İ.Bayraktar deyib ki, bu il keçirilmiş “TEKNOFEST”ə bir milyon iştirakçı
qatılıb:

“Səkkizinci dəfə keçirilən “TEKNOFEST”in ilkini 2018-ci ildə təşkil etdik.
Əslində, elə o vaxtdan 100-dən çox ölkədə bu layihəni gerçəkləşdirə
biləcəyimizi müəyyən etdik. Əgər 2018-ci ildə bu tədbiri “TEKNOFEST”, Sənaye və
Texnologiya Nazirliyi və 28 tərəfdar qurumla birlikdə təşkil etmişdiksə,
hazırda 123 tərəfdaşımız var. Builki “TEKNOFEST”ə 44 fərqli kateqoriyada üç min
komanda, 12 min iştirakçı qatılıb. 2018-ci ildə qaliblərə iki milyon lirə
mükafat təsis edilmişdisə, hazırda bu məbləğ 20 milyon lirədir”.

İldən-ilə bu tədbirə dünyada da marağın çoxaldığını deyən İrem Bayraktar türk
dövlətlərindən, Avropadan, Asiyadan, Afrikadan müraciətlərin artdığını da
bildirib:

“Bu cür festivalların yalnız Azərbaycanda deyil, bütün türk dünyasında, digər
türkdilli dövlətlərdə keçirilməsi ilə bağlı fikirlərimiz var. Məsələn,
Özbəkistan istədi ki, onlarda da belə bir festival keçirilsin. Afrikadan da
maraq çoxdur. Avropadan – İngiltərə, Almaniya, İrlandiya, Amerika və Yaxın
Şərqdən gələn iştirakçıları “Take off” olaraq startapçı kimi qəbul edirik.
Layihəyə Avropadan da sərmayəçilər cəlb olunurlar. İstanbulda, əsasən,
startapçılarla sərmayədarları görüşdürüb, onların ortaq işinin təşkilinə dəstək
veririk. Bu il startaplar ümumilikdə bir milyard dollar üzərindən sərmayə ala
bilib. Türkiyə bu məsələdə özünü təsdiqlədiyi üçün sərmayədarlar artıq bu
istiqamətə yönəliblər. Türkiyə coğrafi baxımdan da mühüm bir strategiyaya və
böyük bazara sahib olduğuna görə yatırımçıların diqqətini çəkir. “TEKNOFEST”də
həm də çox keyfiyyətli mühəndislər yetişir”.

Source link