Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından ÇıxışYolu.Com-a verilən məlumata görə, qadınların yarışında +78 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.
Cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.
Xatırladaq ki, Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub. Beləliklə, Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olub. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov göstərib.
Qeyd edək ki, Düsseldorf “Böyük Dəbilqə” turnirundə dünyanın 65 ölkəsindən 441 cüdoçu mübarizə aparıb.