41fb6ac9-17b7-4d20-bc0f-9a1aac48517c..jpg

İrlandiyada bıçaqlı şəxs uşaqlara hücum edib – VİDEO

Baxış sayı: 457 dəfə baxılıb.

İrlandiyada bıçaqlı şəxs uşaqlara hücum edib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyanın paytaxtı Dublində şəhərin mərkəzində bir adamın bıçaqla hücum
etməsi nəticəsində azı üç uşaq yaralanıb və xəstəxanaya çatdırılıb.

Bu barədə İrlandiyanın teleradioyayım şirkəti (RTÉ) məlumat yayıb.

Verilən məlumata görə, bir qadın və yaşı açıqlanmayan bir qız ağır xəsarət
alıb. Daha iki uşaq yüngül xəsarət alıb.

Beşinci zərərçəkmiş isə hücumu həyata keçirən şəxsdir. O da həmçinin yerli
xəstəxanaya çatdırılıb.

Hal-hazırda ətraflı məlumat yoxdur, lakin polis indiki mərhələdə terror aktı
versiyasını nəzərdən keçirmir və hesab edir ki, söhbət ayrıca insidentdən gedir.

Qeyd olunur ki, kişi əvvəlcə uşaqlı qadına, sonra isə daha iki uşağa hücum
edib. Hazırda hadisənin baş verdiyi şəhərin mərkəzi hissəsi bağlanıb,
əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Mənbə: TASS

Source link