İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq
gətirib.
Sənətçi “Qaynarinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il
bundan əvvəl baş verib:
“Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu
qaytarıb. Bu gün kim-kimə 100 manat verir? Qalmışdı ki ev bağışlaya? Nə
yazırlar, yazsınlar. Əsas odur ki, məni gündəmə gətirirlər”.
Qeyd edək ki, sosial şəbəkələrdə müğənni Manaf Ağayevə bir iş adamı tərəfindən
ev bağışlanması ilə bağlı məlumat yayılıb.