İş adamına dələduzluq edən şəxs həbsdə qaldı

İş adamına dələduzluq edən şəxs həbsdə qaldı

Baxış sayı: 8. 882 dəfə baxılıb.

İş adamına dələduzluq edən şəxs həbsdə qaldı

Bakıda tikinti şirkətinin rəhbərinə qarşı dələduzluqda təqsirli bilinən Aqşin Mirzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara görə, Aqşin Mirzəyevin barəsində bəraət hökmünün çıxarılması barədə verilən apellyasiya şikayəti təmin olunmayıb. 

Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Mirzəyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Aqşin Mirzəyev “Luxe” MMC-də rəhbər şəxslərdən biri olan Asif Bədəlova qarşı dələduzluq edib. Dövlət orqanları tərəfindən şirkətinin Nərimanov rayonunda tikdirdiyi hündürmərtəbəli binanın 17 və 18 mərtəbəsinin sökülməsi qərarı verilib. Amma Aqşin Mirzəyev Asif Bədəlova şəxsi əlaqələri vasitəsilə həmin söküntü ilə bağlı çıxarılan qərarı dəyişdirəcəyini vəd edib.

Bu aldatma yolu ilə o, Asif Bədəlovdan 100 min manat alıb. Lakin verdiyi vədə əməl etməyərək, pulu ələ keçirib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com