90c5306b-ddb5-4ac1-8d96-1003e9269ea7..jpg

İş adamına hücum edib pul istədilər – VİDEO

Baxış sayı: 750 dəfə baxılıb.

İş adamına hücum edib pul istədilər – VİDEO

2023-cü ilin mart ayında paytaxtın mərkəzindəki məşhur iaşə obyektlərindən
birinin sahibi və onun 10 yaşlı oğluna qarşı törədilən quldurluq müşahidə
kameraları vasitəsilə lentə alınıb.
Sahibkara ağır xəsarətlər yetirən və sonradan quldurluqda ittiham olunan
şəxslər cinayət məcəlləsinin 6 maddəsi ilə təqsirləndirilirlər. Cinayət işinin
ilk məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədlinin
sədrliyi ilə baş tutub. İstintaq zamanı məlum olub ki, hadisəni törədənlər
həmin iaşə obyektində kuryer kimi çalışan Şahin Quliyev və Sakit Əlişovdur.

Həmin şəxslər Nəsimi rayonu, Məhərrəmov küçəsi, 68 ünvanında yerləşən kafenin
sahibi Rac Abramova qarşı tamah məqsədli quldurluq əməlini törətmək üçün işin
sonunda zirzəmidə gizlənib, onun obyekti bağlamağını gözləyiblər və qəfil ona
hücum edərək dəmir linklə zərbələr endiriblər.

Qeyd edək ki, hadisə vaxtı Rac Abramovun 10 yaşlı oğlu Rauf da digər otaqda
olub.

Cinayətkarlar Racın başından ağır xəsarətlər yetirərək, onun yaralı halını
azyaşlıya göstəriblər və pulların yerini söyləməyi tələb ediblər. Sahibkar isə
onların bu cəhdinin əbəs olduğunu, pulları evdə saxladığını bildirib və bir gün
sonra onlara 200 min manat pul çatdıracağını deyib. Buna onu ailəsinin təhdid
olunması vadar edib. Bundan sonra ata ilə oğlu duşdükləri vəziyyətdən
qurtulublar.

Zərərçəkən bundan sonra polisə müraciət edib və vədələşdikləri yerdə
görüşərkən hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link