a45f2b26-ac7c-40df-9ee6-2b4f94b90927..jpg

İş otağında əxlaqsızlıq edən məmur bəraət aldı

Baxış sayı: 711 dəfə baxılıb.

İş otağında əxlaqsızlıq edən məmur bəraət aldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji
Anatomiya Birliyinin rayonlardan birindəki şöbəsinin rəisi vəzifəsində çalışmış
məmur barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 69 yaşlı rəis Murad Ağayev (şərti)
Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcburetmə) maddəsi
ilə ittiham edilib.

İttihamda qeyd edilib ki, M.Ağayev ona müraciət etmiş və xəsarətləri ilə bağlı
ekspertiza rəyinin verilməsini istəmiş gənc qadına verəcəyi sənədin müqabilində
ona əxlaqsız təklif edib. O, həmin qadını bir neçə dəfə işlədiyi xəstəxanadakı
kabinetdə məcburi şəkildə intim münasibətə vadar edib. Qadının şöbə rəisi ilə
kabinetdə çəkdiyi görüntülər yayıldıqdan sonra isə məsələ böyüyüb. Həmin qadın
M.Ağayev barəsində şikayət edib və cinayət işi başlanılıb. Eyni zamanda,
məhkəmənin qərarı ilə M.Ağayev vəzifəsindən kənarlaşdırılıb.

Məhkəmədə M.Ağayev onun yanına gələn qadının əvvəlcədən müəyyən şəxslər
tərəfindən öyrədildiyini, görüntülərinin qəsdən yayıldığını iddia edib. O əlavə
edib ki, tanımadığı şəxs görüntüləri ona yollayaraq 15 min manat tələb edib,
həmçinin digər qanunazid əməllərlə üzləşib. Təqsirləndirilən şəxs etiraf edib
ki, rəhbərlik etdiyi şöbənin arxiv otağında zərərçəkmiş şəxslə ümumilikdə 4
dəfə cinsi əlaqədə olub və hər hansı məcburetmə olmayıb.

Sonrakı proseslərdə isə zərərçəkmiş şəxs qismində tanınan qadın isə artıq
M.Ağayevdən şikayətçi olmadığını və onunla könüllü olaraq birlikdə olduğunu
deyib.

Rayon məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Ağayevə bəraət
verilib və onun üzərində olan polisin nəzarəti altında olma qətimkan tədbiri
götürülüb.

Source link