32 yaşlı Bakı sakininin 67 min manat pulu oğurlanıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, tanışı iş qurmaq adı ilə onu aldadıb.
Belə ki, ötən ilin oktyabr ayında 1987-ci il təvəllüdlü Əmrahov Emil Muxtar oğlu tanışı Ceyhun adlı şəxsə iş qurmaq üçün 67 min manat pul verib. Lakin Ceyhun adlı şəxs onu aldadaraq pulu mənimsəyib.
E.Əmrahov məsələ bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazıb.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli