İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri
yaradacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Artıq işəgötürənlər boş iş yerlərini gizlədə bilməyəcəklər.
Belə ki, əmək müqaviləsi bağlanan zaman boş iş yeri “Əmək və Məşğulluq”
altsisteminin vakansiya bankında yer almasa, həmin iş yeri üzrə əmək müqaviləsi
bildirişi bağlamaq texniki baxımdan mümkün olmayacaq.
İqtisadçı Rauf Qarayev bildirib ki, bir çox hallarda işəgötürən şəxs
vakansiyalara uyğun olaraq öz tanıdığı insanları yerləşdirir, nəticədə kənarda
olan şəxslər o imkanlardan istifadə edə bilmirlər.
Qeyd edək ki, qanunvericiliyə görə, işəgötürənlər yeni iş yeri yarandığı və ya
iş yeri boşaldığı gündən ən geci beş iş günü müddətində əməkhaqqı göstərilməklə
bu barədə məlumatları müvafiq elektron informasiya sisteminə daxil
etməlidirlər. “Əmək və Məşğulluq” altsisteminə vakansiya daxil edilmədikdə 500
manatdan 1 000 manatadək cərimə tətbiq edilir.
Ətraflı Baku TV-nin süjetində: