efa2feb4-6d8d-455c-bb9c-4e49cb1563a0..jpg

İşçinin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edildi

Baxış sayı: 675 dəfə baxılıb.

İşçinin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edildi

“İMPULS-AR” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulmasına dair vətəndaş
müraciəti əsasında Füzuli Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Füzuli Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin
tələbləri pozularaq, işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin
yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı “İMPULS-AR” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci
(Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi
qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında
iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə MMC 20 min manat məbləğində cərimə edilib.

Source link