995a0d23-092d-4f92-a22d-9a8aedf2ba31..jpg

İşçinin hüququnu pozan şirkət rəhbərinə 20 min manat cərimə kəsildi

Baxış sayı: 606 dəfə baxılıb.

İşçinin hüququnu pozan şirkət rəhbərinə 20 min manat cərimə kəsildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında
Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Qurumdan bildirilib ki, araşdırma zamanı “TMS GROUP” MMC-nin direktoru Rəşad
Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən olunub.

Fakt üzrə Mingəçevir Şəhər Prokurorluğunda MMC barəsində İnzibati Xətalar
Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən
işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat
başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 000 manat məbləğində
inzibati cərimə edilib.

Source link