İşdən çıxarılan Abid Şərifov kimdir? - DOSYE

İşdən çıxarılan Abid Şərifov kimdir? – DOSYE

Baxış sayı: 2. 947 dəfə baxılıb.

Baş nazirin müavini Abid Şərifov vəzifədən çıxarılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə müvafiq sərəncamı Azərbaycan Prezideni İlham Əliyev imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, onun yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin edilib.

Abid Şərifovun dosyesini təqdim edirik:

Şərifov Qoca oğlu Abid 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub.

1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləyib.

Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, “Azərnəqliyyattikinti” trestinin rəisi, sonra 1988-ci ildən “Azərnəqliyyatyoltikinti” layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən “Azərnəqliyyatyoltikinti” layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışıb.

1995-cü ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

Evlidir, 2 övladı var.

www.ÇıxışYolu.Com