40a1af38-4f37-480c-900a-9df66ef5a799..jpg

İşdən çıxarılan məşqçinin yerinə baş katib əmisi oğlunu gətirir? – FOTO

Baxış sayı: 511 dəfə baxılıb.

İşdən çıxarılan məşqçinin yerinə baş katib əmisi oğlunu gətirir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Azərbaycan cüdo yığmasının böyük məşqçisi Mehman Əzizov işdən azad
edilib .

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq onun yerinə təyinat da
reallaşıb.

Hələ tam rəsmiləşməsə də, bu posta federasiyanın baş katibi Rəşad Rəsullunun
əmisi oğlu, gənclərdən ibarət yığmada köməkçi məşqçi işləyən Abdulhaq
Rəsullunun təyin olunduğu bildirilir. Bu təyinatın isə yaxın günlərdə
açıqlanacağı deyilir.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu göndərilib.
Federasiyanın mətbuat xidmətindən bildirilib ki, hər şey rəsmi şəkildə
açıqlanacaq.

Qeyd edək ki, Mehman Əzizov ötən gün səbəb bildirilmədən işindən azad olunub.
Onun cüdo yığması ilə imzaladığı müqavilədə federasiya tərəfindən istənilən
vaxt işdən çıxarıla biləcəyi bəndi yer alıb.

Source link