76f11a74-4617-4873-9ffc-bda28a655c7b..jpg

İşdən çıxarılan müdir xəstəxana direktorunu söydü, saxlanıldı

Baxış sayı: 462 dəfə baxılıb.

İşdən çıxarılan müdir xəstəxana direktorunu söydü, saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə
bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, 18 dekabr 2023-cü il tarixdə Məmmədtağı
Əhmədovun əmri ilə anbar müdiri Zaur Kərimov (ad şərti) məzuniyyətdən
qayıtdıqdan sonra işdən çıxarılıb. O, dəfələrlə xəstəxananın rəhbərliyinə işdən
çıxarılma səbəbinin açıqlanması ilə bağlı müraciət etsə də, direktor onunla
görüşməkdən imtina edib.

Sabiq müdir 8 aprel 2024-cü il tarixdə spirtli içki qəbul edib və yenidən
direktorla görüşmək məqsədilə xəstəxananın inzibati binasına yollanıb. Lakin
direktor yenə də onunla görüşməkdən imtina edib. Buna görə də Z.Kərimov
əsəbiləşərək hay-küy salmağa başlayıb və ünvansız nalayiq ifadələr işlədib.

Direktorun şikayəti əsasında sabiq müdir saxlanılıb. 1990-cı il tarixdə
Biləsuvar rayonunda anadan olmuş Z.Kərimov barəsində İnzibati Xətalar
Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib
və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Zaur Kərimov sözügedən maddə ilə nəzərdə tutulmuş
inzibati xətanın törədilməsində təqsirli bilinib və 70 manat məbləğində cərimə
edilib.

Source link