b5b014f5-89a0-4d3b-9832-2b31b8249c42..jpg

İsDB-nin illik toplantısı çərçivəsində “COP29-a doğru” dəyirmi masada müzakirələr aparılıb – FOTO

Baxış sayı: 405 dəfə baxılıb.

İsDB-nin illik toplantısı çərçivəsində “COP29-a doğru” dəyirmi masada
müzakirələr aparılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik
toplantısı çərçivəsində keçirilən “COP29-a doğru” dəyirmi masada müzakirələr
aparıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X”dəki səhifəsində yazıb.

“İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən “COP29-a
doğru” dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet
istiqamətləri barədə müzakirələr apardıq:

– Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması
sahəsində həyata keçirilən tədbirlər;

– Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

– Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə
mexanizmlərinin yaradılması”, – deyə nazir qeyd edib.

İslam İnkişaf Bankının (@isdb_group
) İllik Toplantısı
çərçivəsində keçirilən “#COP29
-a doğru” (
@COP29_AZ ) dəyirmi masada
#iqlimdəyişikliyi

ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr
apardıq:

– Yaşıl artım və #Azərbaycan
-ın
dayanıqlı#enerji

pic.twitter.com/aTzUjkr0Di
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 28, 2024

Source link