7041a857-7afb-4573-a78e-688882849af9.jpg

İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdü

Baxış sayı: 197 dəfə baxılıb.

“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu
yığılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda vergi borcu 12
374 585.71 manat təşkil edir.

Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur. MMC-nin uzun
müddətdir vergi borcunu ödəməməsinin səbəbi isə məlum deyil.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun
gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb.
Şirkət çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur. “Svit Haus”
MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17 790 manat
olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.

Mətbuatda yayılan məlumatlara görə, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri
Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada
yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.

Source link