871fc4a7-5c85-4135-bc44-d1551c3e991a..jpg

“İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında olmasa, heç bir sülh müqaviləsi olmayacaq”

Baxış sayı: 1. 018 dəfə baxılıb.

“İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında olmasa, heç bir
sülh müqaviləsi olmayacaq”

“Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan
çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin
beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə
olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosiması”na döndərən
olmayıb”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Prezidentİlham Əliyev Novruz bayramı münasibətilə
Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Bunu unutmaq və bizə unutdurmaq istəyirlər.
Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə
reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə,
heç bir sülh müqaviləsi olmayacaq”.

Source link