İşğal olunmuş Xankəndinin mərkəzində sakinlər fəaliyyətdə olan güc strukturlarına qarşı etiraz aksiyalarına başlayıb.
ÇıxışYolu.Com-ın Sputnik Ermənistan-a istinadla verdiyi xəbərə görə, bu barədə fəallardan biri Tiqran Qriqoryan “Facebook” səhifəsində yazıb.
Etirazçılar şəhərin küçələrindən birini bağlayıblar. Onlar bütün güc strukturlarının istefasını tələb edirlər. Etirazlar dünəndən başlayıb. Belə ki, qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin” (MTX) üzvləri iki vətəndaşı döyüb.
Qriqoryan qeyd edir ki, bu cür özbaşnalıqlar dəfələrlə təkrarlanıb.
Yaxın günlərdə də şəhərdə “MTX” əməkdaşları ilə sakinlər arasıda dava olub, nəticədə 15 vətəndaş saxlanılıb.