c4a7de9b-f2c2-4c3a-bd9a-71e7097fb113..jpg

İşğaldan azad edilmiş ərazilərdə turizm sahəsindəki investorların cəlbi üçün danışıqlar aparılır

Baxış sayı: 589 dəfə baxılıb.

İşğaldan azad edilmiş ərazilərdə turizm sahəsindəki investorların cəlbi üçün
danışıqlar aparılır

“İşğaldan azad edilmiş ərazilərdə turizm sahəsindəki investorların cəlbi üçün
danışıqlar aparırıq”.

Cixisyolu.com-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm
Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, investorlar MDB, Türkiyə, İsrail və Rusiyadandır:

“Bizim turizmlə bağlı təşviq mexanizimlərimiz var. Turizmə investisiyaların
yatırılması ilə bağlı həm yerli, həm xarici investorlarla danışıqlar aparılır”.

O qeyd edib ki, Şəki şəhəri ilə bağlı bir neçə investor maraq göstərir:

“Bu, müəyyən tarixi abidələrin bərpa edilib, işlənməsi ilə bağlıdır. Bu,
dövlət və özəl sektorun partnyorluğu sahəsində icra olunan layihələrdir.
Hazırda onlar müzakirə edilir”.

İlhamə Əbülfət

Source link