İşğaldan azad edilmiş ərazilərdə xidmət aparan hərbçilərlə görüş olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji
hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində
həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş
İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit
heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub.
Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi
heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları
maraqlandıran suallar cavablandırılıb.
Həmçinin, hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və
vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi
xidmətlə bağlı lazımi tövsiyələr verilib.
Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o
cümlədən sayıqlığın artırılmasına dair təlimatları və təhlükəsizlik qaydaları
şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.
Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri
ilə doğrultmağa çalışdıqlarını bildiriblər.