İşğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının yaradılması
istiqamətində işlər davam edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 faizini bərpa olunan
enerji mənbələrindən əldə etməyi və istixana qazı emissiyalarını azaltmağı
hədəfləyir”.
Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının
yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5
kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə “Azərbaycan
İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər
Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 faizini bərpa olunan
enerji mənbələrindən əldə etməyi və#istixanaqazı
emissiyalarını azaltmağı hədəfləyir. İşğaldan azad edilmiş ərazilərimizdə ”
#yaşılenerji
” zonasının yaradılması istiqamətində növbəti layihə olan#Kəlbəcər
…pic.twitter.com/pjALJYmhZe
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 27, 2023