664a5df7-b838-4114-aeda-6cda75a30020..jpg

İşğaldan azad olunan Ağdam şəhəri səsvermə gününə hazırdır – FOTO

Baxış sayı: 696 dəfə baxılıb.

İşğaldan azad olunan Ağdam şəhəri səsvermə gününə hazırdır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilmiş Ağdam şəhərində 118 saylı Ağdam şəhər seçki dairəsinin
57 saylı məntəqəsi yaradılıb və səsverməyə hazırlıq prosesi tam başa çatıb.

Bunu “Report”un şəhərə ezam olunan əməkdaşına açıqlamasında seçki məntəqəsinin
sədri Arzu Rəhimova bildirib.

Onun sözlərinə görə, 57 saylı məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb.

A.Rəhimova deyib ki, Ağdam Konfrans Mərkəzində yerləşən məntəqənin həyətində
lövhə qoyulub, oraya prezidentliyə namizədlərin təşviqat plakatları vurulub.

“Məntəqə üzrə səs verəcək seçicilər həmin ərazidə tikinti-bərpa işləri ilə
məşğul şirkətlərdə çalışan şəxslərdir. Mən Ağdam şəhərində 57 saylı
məntəqədəyəm. Böyük xoşbəxtlikdir ki, bu gün burada seçki keçirilir. Məntəqəmiz
tam hazırdır. Səsvermə gününü səbirsizliklə gözləyirik. Bu tarixi günlərdə
seçicilərimiz qürurlu olduqlarını ifadə edirlər. Artıq seçici siyahılarına
uyğun olaraq bildirişlər də tam paylanılıb”, – məntəqə sədri vurğulayıb.

118 saylı Ağdam şəhər seçki dairəsinin işğaldan azad edilən ərazilərdə
ümumilikdə 3 seçki məntəqəsi formalaşdırılıb.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin
olunub. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədiİlham
Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə
Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının
prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının
prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü
tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Source link