“İŞİD” qruplaşmasına aid terrorçuların Liviyada qarət etdiyi qədim tapıntılar İspaniyada üzə çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İspaniya hüquq mühafizə orqanlarının Barselonada keçirdiyi reyd zamanı əntiq əşyalar üzrə iki ekspert həbs olunub. Onların “İŞİD” və onunla əlaqəli yaraqlı dəstələrdən artefaktları satın alan beynəlxalq cinayətkar halqanın üzvləri olduğu güman edilir.
Həmin şəxslərə qarşı mütəşəkkil cinayət dəstəsinə üzv olma, sənədlərin saxtalaşdırılması, qaçaqmalçılıq və terrorun maliyyələşdirilməsi ittihamları ilə cinayət işi açılıb.