e034e5f5-98b3-419b-8681-56fa03419e1d..jpg

İŞİD Qırğızıstanda kilsəyə terror hücumu planlaşdırıbmış – FOTO

Baxış sayı: 433 dəfə baxılıb.

İŞİD Qırğızıstanda kilsəyə terror hücumu planlaşdırıbmış – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terror təşkilatı Qırğızıstanın Cəlal-Abad şəhərində kilsəyə və mərkəzdə
əsas Milad ağacı yanında terror aktı həyata keçirməyi planlaşdırıbmış.
Respublikanın xüsusi xidmət orqanları hücumun qarşısını alıb.

Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti
xəbər yayıb.

Bildirilir ki, İŞİD terror qruplaşmasının üzvləri saxlanılıblar, amma onların
ad və soyadları açıqlanmayıb.

Saxlanılanların 16 yaşı var, yeniyetmələr internet vasitəsilə terror
təşkilatına cəlb olunublar. Onlar Cəlal-Abad şəhərinin mərkəzi meydanındakı
əsas Milad ağacının yanında əldəqayırma partlayıcı qurğu yerləşdirməli idilər,
həmçinin Müqəddəs Məryəm Kilsəsində partlayış və silahlı hücum həyata keçirməli
idilər.

İŞİD üzvlərinin telefonlarında onların terror təşkilatının emissarları ilə
yazışmaları, fəaliyyət planı, əldəqayırma partlayıcı qurğuların hazırlanmasına
dair təlimatlar, həmçinin “sədaqət andı” ilə video çəkilişlər tapılıb.

Yeniyetmələr saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib. Onlara qarşı
Qırğızıstan Cinayət Məcəlləsinin terror aktı maddəsi ilə cinayət işi açılıb.

Mənbə: TASS

Source link