İŞİD qruplaşmasının üzvləri yayda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı internetdə təhdid dolu məlumatlar yaymağa başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə terrorçuların internetdəki fəaliyyətinin monitorinqini aparan “SITE İntellegence Group” məlumat yayıb.
Qurumun ekspertlərinin dediyinə görə, İŞİD tərəfdarları sosial şəbəkələrdə bombaların əks olunduğu posterlər, terrorçu-kamikadzelərin və silahların şəkillərini və beynəlxalq futbol turnirinə hədəflənən təhdidlər paylaşır.
Plakatların birində stadionun tribunasından çıxış edən RF prezidenti Vladimir Putinin şəkli əksini tapır. Rusiya liderinin bədənində snayper tüfənginin nişanını görmək olur. Onun yaxınlığında əlində Kalaşnikov avtomatı tutan terrorçu təsvir olunub.
‘Putin you disbeliever’ ISIS vows REVENGE attack at Russia World Cup for ‘killing Muslims’ – Daily Star https://t.co/jYYewJgjib pic.twitter.com/IOAWGA2PH8
— FIFA World Cup 2018 (@FIFAwCup2018) 11 April 2018
ISIS makes new bloodshed vow against Putin, World Cup https://t.co/sLpuQV9Mf5 pic.twitter.com/ewOubJL6vp
— Toronto Sun (@TheTorontoSun) 10 April 2018