İŞİD Suriyada “Ən-Nüsra”ya hücum etdi

Baxış sayı: 6. 548 dəfə baxılıb.

İŞİD Suriyada “Ən-Nüsra”ya hücum etdi

Suriyada İŞİD (“İslam dövləti” terror qruplaşması) terrorçuları ”Ən Nüsra” qruplaşmasının döyüşçülərinə hücum ediblər. 

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Latamna yaşayış məntəqəsində baş verib. 

Hücum zamanı “Ağ dəbilqə” təşkilatından olan iki əsgər öldürülüb. Dörd nəfəri itirən terrorçular isə xlorla dolu iki balonu ələ keçiriblər.

Rusiya tərəfinin məlumatında deyilir ki, xlorla dolu balonlar Hələb əyalətinin cənubuna aparılıb və İŞİD-ə yaxın olan “Harras Əd-Din” terror qruplaşmasına verilib. 

www.ÇıxışYolu.Com