İraq məhkəməsi İŞİD terror təşkilatı ilə əlaqədə ittiham edilən Fransa və Almaniya vətəndaşlarını ömürlük həbs cəzasına məhkum edib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb.
Hakim Suxeyl Abdullanın sədrliyi ilə keçən məhkəmədə Fransa vətəndaşı Laxçena Ammar Qebuca 55, Almaniya vətəndaşı Nadyu Rayner Qerman isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Qerman bir müddət öncə İraqa qanunsuz səfər etdiyinə görə bir il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bundan əvvəl, Türkiyə, Almaniya və Azərbaycandan olan 20 qadın eyni ittihamla ömürlük həbs cəzası almışdılar.