İraqın Mərkəzi Cinayət məhkəməsi İŞİD terror qruplaşmasının 5 üzvünə edam hökmü çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə İraqın Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Birqədər bildirib.
O qeyd edib ki, sözügedən cinayətkarlar qruplaşmanın bir neçə bölməsində fəaliyyət göstəriblər:
“Onlar barəsində Terrorçuluqla Mübarizə haqqında Qanunun 4/1 maddəsinə uyğun olaraq qərar verilib”, – Birqədər deyib.
O əlavə edib ki, terrorçular hökumət qüvvələrinə qarşı Neynava və Ənbarda döyüşüblər.