İşıqsız dirəklər, kələ-kötür yollar: Goranboy sakinləri şikayətçidirlər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı-Qazax avtomagistralında yaranan problemlər sürücüləri təngə gətirib.
Baku TV-yə açıqlama verən Goranboy sakini Əfqan Qasımov uzun müddətdir
yollarda işıqların yandırılmadığını deyib:
“Burada işıq dirəkləri olsa da, sutkanın qaranlıq vaxtlarında işıqlandırma yox
dərəcəsindədir. Piyadaları görmək olmur, bu da qəza şəraiti yaradır. Gecə vaxtı
maşın sürmək mümkün deyil”.
Problemin tək işıqlandırma ilə bağlı olmadığını bildirən sürücü asfalt
örtüyünün yararsız hala düşdüyünü söyləyib:
“Demək olar ki, Gəncədən Bakıya qədər sağ zolaq pis gündədir. Yollar
kələ-kötürdür, dağ yoluna bərabərdir. Xəstə ilə, uşaqla getmək mümkün deyil”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki,
hava şəraiti düzələn kimi qısa müddət ərzində magistral yolun sözügedən
hissəsində təmir işlərinin aparılması nəzərdə tutulub.
İşıqlandırma ilə bağlı məsələ isə nəzarətdədir. Bununla bağlı təkliflər
hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Ətraflı Baku TV-nin süjetində: