958a90c9-e3c2-4f12-933e-cdaeef4b250e..jpg

İslam Əməkdaşlıq Gənclər Forumu azərbaycanlı ekofəallara dəstək oldu

Baxış sayı: 821 dəfə baxılıb.

İslam Əməkdaşlıq Gənclər Forumu azərbaycanlı ekofəallara dəstək oldu

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Ermənistanın Azərbaycanın Qarabağ
iqtisadi rayonunda faydalı qazıntı yataqlarını qanunsuz istismarını kəskin
şəkildə pisləyib.

“Report” xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Gənclər
Forumunun İcraiyyə Şurasının bu gün keçirilən iclasının yekunları üzrə qəbul
edilən qərarda deyilir.

Bildirilib ki, Ermənistanın bu addımları bütün üçtərəfli razılaşmaları pozur.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbərliyi azərbaycanlı
ekofəalların və QHT nümayəndələrinin Xankəndi-Laçın yolunda dinc etiraz
aksiyasını dəstəkləyib və bununla bağlı İslam Əməkdaşlıq Gənclər Forumu
daxilindəki strukturları müxtəlif media platformalarında azərbaycanlı fəallara
dəstək verməyə çağırıb.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 47 gündür davam
edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Source link